Cüdoçularımız Avropa kubokunda 6 medal qazanıblar

post-img

Azərbaycanın gənc cüdoçuları İspaniyanın Malaqa şəhərində keçirilmiş Avropa kuboku yarışında 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar. 

Komandamızın üzvlərindən Süleyman Şükürov (81 kq) və Kənan Nəsibov (+100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Finalda S. Şükürova uduzan Əli Hacızadə 2-ci yeri tutub. Məhəmməd Musayev (66 kq), Aydın Rzayev (73 kq) və Tuncay Şamil (90 kq) isə bürünc medala yiyələniblər.  

Komanda ümumi hesabda 3-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.

L.QURBANOVA 
XQ

İdman