Almaniyada 3 mükafat

post-img

Azərbaycan karateçiləri Almaniyanın Regensburq şəhərində keçirilən ənənəvi karate-do üzrə Avropa çempionatında 3 medal qazanıblar.

Komandamızın üzvlərindən İmran Quluzadə (72 kq) bütün rəqiblərinə qalib gələrək qalib adını qazanıb. Fuad Əliyev isə 80 kiloqram çəki dərəcəsində 3-cü yeri tutub. 

Təmsilçilərimiz komanda yarışında da fərqləniblər. Belə ki, İmran Quluzadə, Fuad Əliyev və Mehman Eynalovdan ibarət yığma Avropa çempionatında bürünc medal qazanıb. 

L.QURBANOVA 
XQ

İdman