Azərbaycan parataekvondoçusu Avropa çempionu olub

post-img

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Serbiyada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Azərbaycan Paralimpiya Komitəsinin mətbuat xidmətindən XQ-ə verilən məlumata görə, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda türkiyəli rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, İmaməddin Xəlilov ötən il Niderlandın Rotterdam şəhərində keçirilən Avropa çempionatında da birinci olmuşdu.

İdman