Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasında

post-img

Dünyanın ən böyük stadionlarının siyahısı açıqlanıb. 

“FourFourTwo” nəşrinin tərtib etdiyi dünyanın 100 ən yaxşı stadionlarının reytinq cədvəlində Bakı Olimpiya Stadionu (BOS) 41-ci sırada yer alıb. 

Dünyanın ən böyük arenası Argentinada yerləşən “La Bombonera” stadionudur. Braziliyanın “Marakana” stadionu 2-ci, Almaniyanın “Borussiya Dortmund” komandasının matçlarına ev sahibliyi edən “Siqnal İduna Park” isə 3-cü yerdədir. 

Qeyd edək ki, Bakı Olimpiya Stadionu 69 870 tamaşaçı tutumuna malikdir. 

L.QURBANOVA XQ

İdman