Uşu-sandaçılarımızdan Avropa çempionatında 5 mükafat

post-img

İsveçin paytaxtı Stokholmda uşu-sanda üzrə Avropa çempionatı keçirilib.

Yarışda Azərbaycan yığması 3 qızıl, 2 gümüş medal qazanıb. Belə ki, gənclər arasında Amin Əlilli (60 kq) və Həmzə Rəsulzadə (65 kq) Avropa çempionatının qalibi olublar, Elçin Muradov (52 kq) gümüş medala sahib çıxıb.

Kişilərin mübarizəsində isə Orxan Hətəmov (48 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ruslan Pirəliyev (70 kq) isə qitə birinciliyini 2-ci yerdə başa vurub. 

L.QURBANOVA XQ

İdman