Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kuboku yarışı başa çatıb.
İki gün davam edən qitə kubokunda Azərbaycan komandası 4-ü qızıl, 1-i gümüş, 9-u bürünc olmaqla 14 mükafat qazanıb. Belə ki, turnirdə Məhəmməd Hüsiyev (50 kq) və Nihad Məmişov (55 kq), Mehdi Abbasov (81 kq), Sübhan Axundov (90 kq) qızıl medala sahib olublar. Fərid Qarayev (60 kq) gümüş, Özqan Quliyev (60 kq), Səlim Sultanov, Ramil Mahmudov (66 kq), Cəsur İbadlı (73 kq), Hüseyn Eyvazlı (90 kq) bürünc mükafata sahib olublar.
Qeyd edək ki, turnirdə on dörd ölkədən 323 cüdoçu iştirak edib. Azərbaycan milli komandasının heyətində 140 cüdoçu (95 oğlan və 45 qız) yer alıb.
L.QURBANOVA XQ