Avropa Kubokunda gimnastlarımızdan bürünc medal

post-img

Qrup hərəkətləri üzrə Azərbaycan komandası Bakıda keçirilən Avropa Kuboku yarışında bürünc medala sahib olub. 

Hakimlərdən 71 550 xal alan Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət kollektiv çoxnövçülükdə buna nail olub. İsrail yığması birinci, İtaliya seçməsi isə ikinci yerdə qərarlaşıblar. 

Milli Gimnastika Arenasında keçirilən yarışda 37 ölkədən 160 gimnast mübarizə aparır. Yarış mayın 5-də başa çatacaq.  

Leyla QURBANOVA

XQ

İdman