Taekvondoçularımız Prezident Kubokunu 12 medalla başa vurublar

post-img

Estoniyanın paytaxtı Tallində taekvondo üzrə Prezident Kuboku yarışı başa çatıb. 

Yarışın son günündə gənclərdən ibarət Azərbaycan millisi 5 medal qazanıb.

Komandanın heyətində Gülü Zamanlı (42 kiloqram) bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. Yalnız finalda məğlub olan Məhəmməd Həsənli (48 kiloqram) gümüş medala yiyələnib. Seyidxanım Məmmədova (49 kiloqram), Mehdi Budaqlı (45 kiloqram) və Ziya Həsənli (55 kiloqram) üçüncü yeri tutublar.

Bununla da Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar. Bundan əvvəl kiçikyaşlı idmançıların yarışında 1 gümüş mükafat əldə edən komanda yeniyetmələrin mübarizəsində isə 1 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələnib.

L.SABİRQIZI
XQ

İdman