Bədii gimnastlardan növbəti uğur

post-img

Azərbaycanın bədii gimnastları Bolqarıstanın Burqas şəhərində keçirilən “Prize of Julieta Shishmanova” beynəlxalq turnirində 5 bürünc medal qazanıblar.

Yığmanın heyətində Ayan Sadıqova (halqa), Səkinəxanım İsmayılzadə (çoxnövçülük, gürzlər və top), Dəniz Əsgərova (lent) mükafatçılar sırasında yer alıblar. 

Bu nəticədən sonra millimiz komanda hesabında üçüncü yerə layiq görülüb.

L.SABİRQIZI
XQ

İdman