Ülviyyə Fətəliyeva Avropa çempionatının qalibi olub

post-img

Bu, şahmat tariximizdə fərdi yarışda ilk qızıl medaldır 

Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında Avropa çempionatının qızıl medalını qazanıb.  

Şahmatçımız son turda Nino Batsiaşvili ilə heç-heçə etməklə aktivinə yarım xal əlavə edib. Beləliklə, 10 turdan 8,5 xal toplayan təmsilçimiz qitə çempionatının qalibi olub. Onu da qeyd edək ki, Ü.Fətəliyeva fərdi yarışda Avropa çempionu titulunu qazanan ilk Azərbaycan şahmatçısı kimi tarixə düşüb. 

Xatırladaq ki, o, iki il əvvəl qitə çempionatında bürünc medal qazanmışdı. 

L.SABİRQIZI 
XQ

İdman