2027-ci il Ümumdünya Xüsusi Olimpiya Oyunlarına Santyaqo ev sahibi edəcək

post-img

Bu oyunlar ilk dəfə Latın Amerikası  regionunda keçiriləcək

2027-ci ildə keçiriləcək Ümumdünya Xüsusi Olimpiya Oyunlarına Çilinin paytaxtı Santyaqo ev sahibliyi edəcək. 

Yarışlar ilk dəfə Latın Amerikası  regionunda keçiriləcək. Çili hökuməti və Santyaqo şəhəri oyunların təşkili və keçirilməsi üçün təxminən 134 milyon dollar ayırıb. “Santyaqo-2027”də 170-dən çox ölkədən 6 mindən çox idmançı 22 olimpiya idman növündə yarışacaq. Onlara 2 mindən çox təlimçi və çoxsaylı könüllülər kömək edəcəklər. Yarışda 2 mindən çox beynəlxalq media nümayəndəsinin, eləcə də 500 min tamaşaçının iştirakı gözlənilir. 

Ümumdünya Xüsusi Olimpiya Oyunları sağlamlığın və rifahın təşviqi, keyfiyyətli təhsil, gender bərabərliyinin təbliği, yoxsulluğun, bərabərsizliyin aradan qaldırılması kimi BMT-nin müxtəlif davamlı inkişaf məqsədlərinə dəstək olmaq üçün dörd ildən bir keçirilir. 

Qeyd edək ki, Azərbaycan komandası Almaniyanın Berlin şəhərində 2023-cü ildə keçirilən ötən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında 6 qızıl, 5 gümüş və 13 bürünc medal qazanıb. 

Leyla QURBANOVA

XQ



İdman