Azərbaycan çempionatı: “Azərreyl” qalib olub

post-img

Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olub. 

Bakı İdman Sarayında keçirilən final oyununda “Azərreyl” və “Murov Az Terminal” komandaları qarşılaşıblar. Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün “qızıl set” oynanılıb. Yekun nəticədə 3:2 hesablı qələbə qazanan “Azərreyl” 2023-2024-cü illər mövsümünün qızıl medallarına sahib çıxıb.

Qeyd edək ki, Yüksək Liqanın bürünc medalını MOİK-ə 3:0 hesabı ilə qalib gələn “Neftçi” qazanıb. 

L.SABİRQIZI XQ

İdman