Paris Olimpiadasının başlamasına 100 gün qalıb

post-img

Bu il Fransada keçiriləcək Paris Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb.

33-cü Yay Olimpiya Oyunları iyulun 26-da keçiriləcək açılış mərasimi ilə rəsmi olaraq start götürəcək. Mərasim Sena çayında təşkil olunacaq.

Olimpiada avqustun 11-dək davam edəcək. 10 min 500 idmançı 17 gün ərzində 32 növdə mübarizə aparacaqlar. Onlar 329 dəst mükafatın sahiblərini müəyyənləşdirəcəklər.

Yay Olimpiadası 1900 və 1924-cü illərdən sonra üçüncü dəfə Fransada keçiriləcək. Dördilliyin ən nüfuzlu yarışının proqramına 28 idman növü ilə yanaşı, breykdans, idman dırmanması, skeytbordinq və dalğa sörfinqi kimi yeni növlər də daxil edilib. 

Azərbaycan indiyədək 7 idman növündə 17 Olimpiya lisenziyasını özü üçün rəsmiləşdirib. 

Paris Olimpiadasına lisenziya əldə edən Azərbaycan idmançıları

Atletika: Anna Skidan (çəkicatma)

Atıcılıq: Ruslan Lunyov (10 metr məsafəyə pnevmatik tapançadan atəş açma)

Boks: Nicat Hüseynov (51 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Məhəmməd Abdullayev (+92 kiloqram)

Gimnastika: Zöhrə Ağamirova (bədii gimnastika), Selcan Mahsudova (batut gimnastikası)

Yunan-Roma güləşi: Sənan Süleymanov (77 kiloqram), Həsrət Cəfərov (67 kiloqram)

Sərbəst güləş: Əliabbas Rzazadə (57 kiloqram), Hacı Əliyev (65 kiloqram), Turan Bayramov (74 kiloqram), Osman Nurmaqomedov (86 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram), Georgi Meşvildişvili (125 kiloqram), sərbəst güləş

Taekvondo: Qaşim Maqomedov (58 kiloqram)

Basketbol: Qadınlardan ibarət 3x3 basketbol millisi.

L.SABİRQIZI XQ

 

İdman