Selcan Mahsudova Dünya kubokunun qalibi olub

post-img

Azərbaycan gimnastı Selcan Mahsudova Niderlandın Alkmaar şəhərində keçirilən Dünya kubokunda uğurla çıxış edərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. 

O qızıl medalı batut gimnastikası üzrə yarışda qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi yarışda Selcan Mahsudova ilə yanaşı, Hüseyn Abbasov, Mehdi Əliyev və Nicat Mirzəyevlə təmsil olunub. 

Leyla SABİRQIZI XQ

İdman