“Şahdağ”da beynəlxalq xizək alpinizmi yarışı

post-img

Beynəlxalq Xizək Alpinizm Federasiya­sı (ISMF), Qış idman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçı­lığı ilə “Şahdağ”da beynəlxalq xizək alpinizmi yarışına start verilib.

İlk gündə idmançılar sprint yürüşü üzrə güclərini sınayıblar. Yarış martın 10-da vertikal növ üzrə da­vam edəcək. Turnirin keçirilməsində əsas məqsəd ölkədə qış idman növlərini təşviq etmək, insanlar arasında xizək idman növlərinə marağı artırmaq, həmçinin mərkəzin beynəlxalq yarışların təşkili is­tiqamətində təcrübəsini genişləndirməkdir.

Açılışda Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Qış İdman Növləri Fede­rasiyasının rəsmiləri iştirak ediblər.

Birincilik uğrunda iki gün ərzində 11 ölkənin 60-dək idmançısı mübarizə aparacaq.

Leyla SABİRQIZI
XQ

İdman