Bu gün Qırğızıstanın paytaxtı Bişkek şəhərində pauerliftinqin WPC/AWPC versiyası üzrə açıq Asiya çempionatı start götürür.
İki gün davam edəcək turnirdə beynəlxalq dərəcəli hakim Zaur Cəfərov baş hakimlik edəcək.
Yarışda Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkmənistan, Özbəkistan, Belarus, Monqolustan, Rusiya, Hindistan, Türkiyə və digər ölkələrdən 250-yə yaxın atlet birincilik uğrunda mübarizə aparacaq.
Onu da qeyd edək ki, Zaur Cəfərov Dünya Pauerliftinq Konqresinin (World Powerlifting Congress) Azərbaycandakı rəsmi nümayəndəsidir.
Leyla SABİRQIZI
XQ