Antidopinq hesabatı

post-img

Fransanın Strasburq şəhərində Ümumdün­ya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 63-cü iclası keçirilib.

Tədbirdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Ta­ğı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təm­sil edib. 

İki gün davam edən iclasda müxtəlif milli antido­pinq təşkilatlarının nümayəndələri dopinqlə müba­rizə sahəsində mühüm məsələləri müzakirə edib­lər. Tədbirin gündəliyinə ötən iclasın hesabatının təsdiqi, CAHAMA-nın iş metodlarının müzakirəsi, katiblikdə yeniliklər və gələcək görüşlərin planlaş­dırılması kimi müxtəlif məsələlər daxil edilib.

Leyla SABİRQIZI
XQ

İdman