Üzgüçülərimizin Riqa uğuru

post-img

Azərbaycanın üzgüçülük komandası Lat­viyanın paytaxtı Riqada keçirilən turnirdə uğurla çıxış edib. 

Kişilərdən ibarət yığma 4x200 metr məsafədə sərbəst üsulla üzmə yarışında qızıl medal qazanıb. Şəxsi yarışlarda açıq yaş qrupunda müxtəlif növ­lər üzrə Əbdürrəhman Rüstəmov, Süleyman İsma­yılzadə gümüş, Oqtay Hüseynov, Səid Həmidov, Mehri Əbdürrəhmanlı bürünc mükafatlar qazanıb­lar. 

S.İsmayılzadə və M.Əbdürrəhmanlı öz yaşıdları arasında rekordları yeniləyiblər.

Qeyd edək ki, yarışa ilk dəfə rekord sayda, 760 idmançı qatılıb. 

Leyla SABİRQIZI
XQ

İdman