Bakıda idman paradı

post-img

Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman İdarəsinin (BŞGİİ) təşkilatçılığı ilə idman paradı keçirilib.

BŞGİİ-nin idman sektorunun müdiri Rəşad Əli­yev 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününün önəmindən danışıb. Qeyd edilib ki, bu əlamətdar gün ölkəmizdə kütləvi idman tədbirləri ilə qeyd edi­lir. 

Bakının 12 rayonunu təmsil edən gənclər pa­raddan keçiblər.

Tədbirin rəsmi hissəsindən sonra müxtəlif id­man növlərində nümunəvi çıxışlar nümayiş etdirilib.

Daha sonra gənclərin iştirakı ilə fləşmob olub. 

Leyla SABİRQIZI
XQ

İdman