Süni intellektin yeni bacarıqları

post-img

Son illərdə süni intellekt sürətlə insanların gündəlik həyatının bir hissə­sinə çevrilir. Dizaynerlər indi süni intellektlə işləyən proqramlar vasitə­silə daxil edilən əmrlər əsasında yalnız bir toxunma ilə reklam afişaları və vizual məhsullar yarada bilirlər. İfaçılar çox qısa müddət ərzində mah­nılar yaradır və süni intellektlə işləyən hüquqşünas tətbiqinin köməyi ilə məhkəmə işinə “dərhal” baxılır.

Bundan əlavə, smartfonlarda səsli köməkçilər, avtonom sürücülük sistem­ləri, ağıllı yollar, onlayn alış-veriş sayt­larında alqoritmlər və tibbi təsvirlər süni intellekt sayəsində fəaliyyət göstərir.

Mərmərə Universitetinin Vizual Ün­siyyət Dizaynı Departamentinin rəhbə­ri, professor Əli Murat Kırık bildirib ki, texnologiyanın öyrənilməsi (Machine Learning), dərin öyrənmə (Deep Lear­ning) və təbii dil birləşməsindən ibarət olan süni intellekt sistemi Türkiyədə və dünyada getdikcə geniş yayılır.

Professor xatırladıb ki, Avropa Par­lamenti süni intellektdən istifadəni tən­zimləyən qanun qəbul edib. Türkiyədə də belə qanunların qəbulu mümkündür. Kırık deyib ki, Türkiyədə əsasən ASEL­SAN, HAVELSAN şirkətləri, eləcə də Elmi və Texniki Araşdırmalar Şurası­nın (TÜBİTAK) iştirakı ilə süni intellekt sahəsində fəal inkişaf tendensiyası da­vam edir.

P.ƏMİRCANOV
XQ

Son xəbərlər