Abşeronda dumanlı, bölgələrdə yağıntılı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologi­ya Xidmətindən verilən məlumata əsasən, martın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Gecə və səhər bəzi yerlərdə duman, az çiskin, gecəyə doğru isə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Gecə 3-6°, gündüz 7-11° isti ola­caq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq. Azərbaycanın rayonlarında dağlıq ərazilərdən başlayaraq, bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ay­rı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güc­lənəcək. Havanın temperaturu gecə 2-6°, gündüz 10-15° isti, dağlar­da gecə 2° şaxtadan 3° -dək isti, gündüz 3-6° isti olacaq. 

Q. QASIMOV
XQ

Ekologiya