İki gimnastımız dünya finalında

post-img

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku uğurla davam edir. Ən son məlumatlara görə, tamblinq üzrə yarışda Azərbaycan millisinin iki üzvü finala vəsiqə qazanıb.

Bunlar Mixail Malkin və Adil Hacızadədir. Bu növdə yığmanın digər idmançıları - Tofiq Əliyev, gənclərdən Bilal Qurbanov, batut gimnastikası üzrə yarışda isə Selcan Mahmudova yarımfinalda mübarizəni dayandırıblar.

Sonda bildirək ki, Dünya Kuboku yarışları bu gün başa çatır. 

XQ

İdman