Azərbaycanlı idmançı Gürcüstan Tayboksinq və Kikboksinq Milli Federasiyasının Kvemo Kartli bölgəsi üzrə baş məşqçisi təyin edilib.
Qurumun prezidenti Qoça Cavaxia bu vəzifəyə “Qaracalar” idman klubunun rəhbəri İsfahan Əliyevi gətirib. Qeyd edək ki, İ.Əliyev 2015-ci ildən federasiyada həm idmançı, həm də məşqçi kimi fəaliyyət göstərir.
XQ