Bakıda cüdo üzrə “Böyük Dəbilqə” turniri başlayır

post-img

Bu gün Bakıda cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürür. 

Nüfuzlu turnirin ilk günündə Azərbaycanın 16 idmançısı mübarizə aparacaq. Qadınların mübarizəsində 1/16 finalda Könül Əliyeva (48 kq) Marina Vorobyova (AİN), Ramilə Əliyeva (48 kq) Lois Petit (Belçika), Aydan Vəliyeva (52 kq) Naomi Van Krevel (Niderland), Xədicə Qədəşova (52 kq) Sofia Asvesta (Kipr), Fidan Əlizadə (57 kq) Xayone Ekisoain (İspaniya), Açelya Toprak (57 kq) Fazilat Qulboyeva (Tacikistan) ilə qarşılaşacaq.

Gültac Məmmədəliyeva (52 kiloqram) və Leyla Əliyeva (48 kiloqram) isə yarışa 1/8 finaldan başlayacaqlar.

Kişilərin yarışında isə 1/16 finalda Turan Bayramov (60 q) Mohammed Falata (Səudiyyə Ərəbistanı), Əhməd Yusifov (60 kq) Miçel Auqusto (Braziliya), Nazir Talıbov (60 kq) Ramazan Abdulayev (AIN), Kamran Süleymanov (66 kq) Straxina Bunçiç (Serbiya), Rəşad Yelkiyev (66 kq) Yanislav Gerçev (Bolqarıstan), İslam Rəhimov (66 kq) Vilyar Lipardla (Estoniya) qarşılaşacaq.

Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) mübarizəyə 1/8 finaldan start verəcəklər.

Qeyd edək ki, fevralın 18-dək davam edəcək turnirdə 33 cüdoçumuz iştirak edəcək. 

İdman