Gənc atıcılarımız İspaniya finalında

post-img

Azərbaycanın güllə atıcıları Leyli Əliyeva və Vladimir Kalmıkov İspaniyanın Qranada şəhərində gənclər arasında keçirilən Dünya Kubokunda finala yüksəliblər. Azərbaycan Atıcılıq Federasiyasından verilən məlumata görə, onlar qarışıq komanda yarışlarında fərqləniblər. 

Sofya Barxalova və Hacı Musayev isə 5-ci yerlə kifayətləniblər. Onlar ispaniyalı rəqibləri ilə eyni xal toplasalar da, mərkəzi atışmada nisbətən aşağı nə­ticə göstəriblər. 

XQ

İdman