Cüdo məşqçiləri imtahan verirlər

post-img

Azərbaycan Cüdo Federasiyası Dan dərəcələri üzrə ilk dəfə seminar və imtahan təşkil edib.

Türkiyə Cüdo Federasiyasının Təhsil Direktoru, Avropa Cüdo Birliyinin Kata Komissiyasının üzvü Mehmet Yılmaz tərəfindən aparılan seminarda məqsəd Dan sisteminə uyğun olaraq məşqçilərin bacarıqlarını qiymətləndirmək və müəyyən etməkdir.

Seminar və imtahanı uğurla başa vuran iştirakçılara müvafiq Dan dərəcəsi üzrə bilik və bacarıqlarını təsdiq edən sertifikat veriləcək.

Qeyd edək ki, imtahana 50 cüdo məşqçisi qatılıb. Tədbir yanvarın 24-dək davam edəcək.

Leyla SABİRQIZI
XQ

İdman