Tanınmış şahmatçı Azərbaycan millisində işləyəcək

post-img

Şahmat üzrə Dünya Kubokunun qalibi Boris Gelfand Azərbaycan Şahmat Federasiyasının dəvəti ilə Bakıya gəlib.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) verilən məlumata görə, bu gün qurumun prezidenti Mahir Məmmədovla görüşən B.Gelfand daha sonra şahmatçılara təqdim olunub. İsrail şahmatçısı ilə əldə olunan razılığa görə, o, zəngin təcrübəsini mütəmadi olaraq azərbaycanlı şahmatçılarla bölüşəcək.

Ölkəmizdə olduğu müddətdə tanınmış şahmatçı Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Xəzər Babazadə, Abdulla Qədimbəyli, Vüqar Əsədli və digərləri ilə məşğul olacaq.

Qeyd edək ki, uzun illər İsrail milli komandasında çıxış edən B.Gelfand 2009-cu ildə Dünya Kuboku, 2011-ci ildə isə İddiaçılar Turnirinin qalibi olub. O, 2012-ci ildə şahmat üzrə dünya çempionluğu matçında iştirak edib.





İdman