"İdman Paytaxtı”nın açılış mərasimi olub

post-img

Qubada “İdman Paytaxtı”nın açılış mərasimi keçirilib.

Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Quba rayon İcra hakimiyyətinin başçısı İlqar Mahmudov, federasiya rəsmiləri, idman ictimaiyyətinin digər nümayəndəlıri iştirak ediblər. 

Mərasimdə öncə Dövlət Himni səsləndirilib, sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra  “İdman Paytaxtı”nın Fuji adlı maskotu ictimaiyyətə təqdim olunub. 

Mərasimdə İlqar Mahmudov Qubanın “İdman Paytaxtı” seçildiyini vurğulayıb: “Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk zamanlardan etibarən hər bir sahədə olduğu kimi, idman sahəsində də mühim tədbirlər görülüb, ölkəmiz müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib. Dövlət başçısı cənab Prezident İlham Əliyev də Ümummilli Liderin siyasətini davam etdirərək, Azərbaycanda bir çox idman qurğularının yenidən inşası, regionlarımızda idmanın inkişafı istiqamətində böyük işlər görüb. Qubada da bir çox gəncimiz müxtəlif idman növlərində çıxış edir. Düşünürəm ki, hər kəsə sübut edəcəyik ki, idmanın ürəyi Qubada döyünür”. 

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda idmanın prioritet  istiqamət olduğunu vurğulayıb. Azərbaycanda idman naliyyətləri yüksələn xəttlə inkişaf etdiyini deyən nazir qeyd edib ki, ölkəmizdə Olimpiya kompleklərimizi çoxdur. Bunlardan biri də Qubadadır. İl boyu burada müxtəlif idman növündə təlim-məşq toplanışları və yarışlar keçiriləcək”. 

Sonra F.Qayıbov “İdman Paytaxtı”nın rəmzi açarını Quba rayonunun icra başçısı İlqar Mahmudova təqdim edib. 

Daha sonra “İdman paytaxtı” üçün hazırlanmış xüsusi köynək və gödəkçələr nazir və icra başçısına da verilib. 

Rəsmi çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

L.Qurbanova

XQ

















İdman