Cüdoçularımızın Olimpiya reytinqi açıqlanıb

post-img

Beynəlxalq Cüdo Federasiyası Olimpiya reytinq cədvəlini yeniləyib.

Komandamızın 12 üzvünün yer aldığı siyahıda ən yüksək nəticə Hidayət Heydərova (73 kiloqram) məxsusdur. Cüdoçumuz öz çəki dərəcəsi üzrə liderdir.

Komandamızın üzvlərindən Zelim Kotsoyev (100 kq) 2-ci, Balabəy Ağayev (60 kq) və Səid Mollayi (81 kq) 5-ci, Yaşar Nəcəfov (66 kq) 7-ci, Zelim Tçkayev (81 kq) 9-cu, Murad Fətiyev (90 kq) 10-cu, Uşangi Kokauri (+100 kq) 11-ci, Turan Bayramov (60 kq) 20-ci pilləni tuturlar. 
Qadın cüdoçulardan isə Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) öz çəkilərində 16-cı, Açelya Toprak isə (57 kq) otuz altıncı sıradadırlar. 

12 idmançıdan 11-nin hazırkı mövqeyi Paris Olimpiadasına lisenziya imkanı verir. Acelya Toprak isə kontinental kvota əsasında Olimpiadada iştirak hüququ qazana bilər.

İdman