“Sumqayıt” klubu Türkiyəyə təlim-məşqə yola düşüb

post-img

Bu gün “Sumqayıt” klubu təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yola düşüb. 

Futbolçular Antalya şəhərinin Lara bölgəsində hazırlıq keçəcəklər. Yanvarın 17-dək davam edəcək hazırlıq prosesi çərçivəsində "kimyaçılar" iki yoxlama oyunu keçirməyi planlaşdırırlar. Belə ki, komanda yanvarın 12-də “Hermanştadt” (Rumıniya), 16-da isə “Soqdiana” (Özbəkistan) klubları ilə gücünü sınayacaq. 

Xatırladaq ki, “Sumqayıt” Premyer Liqada 27 xalla 4-cü pillədə yer alıb. 

 

İdman