Chess.com Rusiya şahmatçısını cəzalandırıb

post-img

Rusiyalı şahmatçı Denis Xismatullin bildirib ki, Qərb onun Ukraynada davam edən hərbi münaqişə zonasına humanitar səfərlərindən xəbər tutub və Chess.com onu buna görə mükafatlı turnirlərdən kənarlaşdırıb.

O, həmçinin deyib ki, məşhur Chess.com onlayn platforması polşalı şahmatçı Pol Duda ilə münaqişədən sonra (polşalı idmançı rusiyalının əlini sıxmaqdan imtina etmişdi) ona mükafatlı turnirlərdə iştirakını və saytda hər hansı ictimai fəaliyyətini qadağan edib. 

Aparıcı onlayn şahmat platforması isə bildirib ki, Denis Xismatullinin mükafatlı turnirlərdə iştirakına qadağanın tətbiqi Ukraynada hərbi əməliyyatları dəstəkləyən oyunçularla bağlı saytın qaydalarına uyğundur: “Biz təsdiq edə bilərik ki, Xismatullinin Chess.com-da mükafatlı turnirlərdə və ictimai fəaliyyətlərdə iştirakına qadağa qoyulub”.

Dekabrın sonunda Chess.com 14-cü dünya çempionu Vladimir Kramnikin bloqunu “şahmat ictimaiyyətinin bəzi hörmətli üzvlərinə hücumları artırdığına” görə bloklamışdı. 

S.ELAY

XQ

İdman