“Qarabağ” hazırlığa başlayıb

post-img

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün ikinci yarısının hazırlığına başlayıb. 

Qış təlim-məşq toplanışı Bakıda olacaq. Ağdam klubunun təmsilçiləri hazırlıq çərçivəsində “Zirə” ilə yoxlama görüşü keçirəcəklər. Oyun yanvarın 15-də keçiriləcək. 
Qeyd edək ki, “Qarabağ” XVIII turun “Zirə” ilə oyunundan sonra istirahətə buraxılmışdı. 

Xatırladaq ki, yanvarın 21-23-də Premyer Liqanın XIX turunun matçları təşkil ediləcək. “Qarabağ” 41 xalla turnir cədvəlinə başçılıq edir. Komanda doğma meydanda “Araz-Naxçıvan”la mübarizə aparacaq.

XQ

İdman