ABŞ-ın strateji bombardmançı təyyarəsi eniş zamanı qəzaya uğrayıb

post-img

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-1B Lancer" bombardmançısı Cənubi Dakotada qəzaya uğrayıb. Bu barədə ABŞ-ın Ellsvort Hərbi Hava Qüvvələrinin bazası "Facebook"da məlumat yayıb. Təyyarənin göyərtəsində dörd ekipaj üzvü olub və onların hamısı xilas ola biliblər. 

Hadisə zamanı "B-1B Lancer" təlim missiyasını yerinə yetirirdi. Təyyarə eniş edərkən qəzaya uğrayıb.

B-1 səsdən sürətli bombardmançı 1980-ci illərdə xidmətə girdi. AP qeyd edir ki, ümumilikdə 100 təyyarə var, hazırda onlardan 60 ədədi ABŞ Hərbi Hava Qüvvələrinin ixtiyarındadır.

S.ELAY

XQ 

Dünya