Boksçularımızın qələbəsi

post-img

Abbas Ağalarovun xatirəsinə həsr olunan boks üzrə gənclər arasında ənənəvi beynəlxalq turnir başa çatıb.

Bakı Boks Mərkəzində keçirilən yarışda mil­limizin üzvləri ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan, Səudiyyə Ərəbistanı ko­mandaları və Litvanın “Royal” klubundan idman­çılar 13 çəki dərəcəsi üzrə mübarizə aparıblar. 

5 gün davam edən yarışda 22 medal (5 qı­zıl, 4 gümüş və 13 bürünc) qazanan yığmamız bu nəticə ilə komanda hesabında birinci yeri tutub və Abbas Ağalarov kubokuna sahib olub. Qazaxıstan (4 qızıl, 5 gümüş, 7 bürünc) ikinci, Tacikistan (2 qızıl, 1 gümüş, 1 bürünc) üçüncü pillələrdə qərarlaşıblar.

Turnirdə ən yaxşı boksçu adına Ruslan Qa­furov (Tacikistan), ən yaxşı hakim adına isə Anar Nağdıyev (Azərbaycan) layiq görülüblər.

Leyla SABİRQIZI
XQ

İdman