Cüdoçularımız dünya 7-cisidir

post-img

2023-cü ildə cüdo üzrə rəsmi yarışlarda yüksək nəticələr qazanan ən güclü komandaların adları açıqlanıb. Azərbaycan yekun nəticələrə görə, 7-ci sırada yer alıb.

“judobase.ijf.org” saytının açıqladığı statis­tikaya görə, Azərbaycanın böyüklər, gənclər, yeniyetmələr və veteran cüdoçuları bu il ərzində 64-ü qızıl, 47-si gümüş, 96-sı bürünc olmaqla 207 medal qazanıblar. 

Medal sıralamasında Fransa (132 qızıl, 129 gümüş, 222 bürünc) birinci yeri tutub. Braziliya, İtaliya, Yaponiya, Qazaxıstan ilk 5-liyi qapayır. 

Leyla SABİRQIZI
XQ

İdman