UEFA-nın Xankəndi paylaşımı

post-img

Xankəndidə Azərbaycan Kubokunun 1/8 final mərhələsi keçirilmiş “Qarabağ”-MOİK tarixi futbol matçı ilə bağlı UEFA Avropa Liqasının rəsmi instaqram səhifəsində paylaşım edilib.

Böyük maraq kəsb edən payla­şımda yeganə qolun müəllifi olan Ağdam klubunun hücumçu­su Nəriman Axundzadə və onun komanda yol­daşlarının qol sevincini əks etdirən fotolar verilib. 

Xatırladaq ki, MOİK üzərində 1:0 hesabı ilə qələbə qazanan “Qarabağ” dörddəbir finalda “Sabah”la mübarizə aparacaq. 

Qeyd edək ki, bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçi­rilən ilk futbol kimi tarixə düşüb. 

Leyla SABİRQIZI
XQ

İdman