İlin “idman yaxşıları”

post-img

Gənclər və İdman Nazirliyi “2023-cü ilin ən yaxşıları”nın seçiminə başlayıb. 

3 mərhələdən ibarət olacaq səsvermənin bi­rinci mərhələsində Olimpiya idman növləri üzrə federasiyalar nominasiyalar üzrə öz namizədlə­rini təqdim ediblər. İkinci mərhələ sosial media vasitəsilə izləyicilər arasında aparılır.

Üçüncü mərhələnin qalibləri isə nazirlikdə ya­radılmış münsiflər komissiyanın rəyi də nəzərə alınmaqla elan ediləcək və Qala mərasimində mükafatlandırılacaqlar.

Seçim prosesində namizədlər federasiyalar­dan 50 faiz, izləyicilərdən 30 faiz, xüsusi mün­siflər komissiyasından isə 20 faiz səs alacaqlar.

Leyla SABİRQIZI
XQ

İdman