Çayın 1-i qaydadır... 3-ü cana faydadır

post-img

Planetin ən məşhur içkisi olan çayın 6 müxtəlif növü var: qara, yaşıl, ağ, sarı, ulun və puer. Bu növlər hamısı eyni çay bitkisindən alınır, sadəcə, istehsal forması fərqlidir. Alimlər gündə 3 stəkan çay içməyin faydalarını araşdırıb və təsdiqləyiblər:

Xərçəngə qarşı təsirlidir:

Çayın qoruyucu təsiri daha çox ağız boşluğu, süd vəzisi, uşaqlıq və qara­ciyər xərçəngində özünü göstərir. Çün­ki çay bitkisində antioksidantlar çoxdur. Hüceyrələri sərbəst radikallardan tə­mizləyir.

Beyni sağlam saxlayır: L-teanin amin turşusu yaşıl çayda çox oldu­ğundan beyinə faydalıdır. Çay diqqəti, yaddaşı yaxşılaşdırır, düşüncəni artırır, gümrahlıq verir. Onda olan katexinlər isə beyin sinir və neyronlarını toksik zü­laldan qoruyur.

İmmunitetə dəstəkdir: Qara və yaşıl çayda olan teaflavin və qallat po­lifenolları immun sistemini aktivləşdirir. Tərkibindəki kofein, teobromin və teofil­lin iltihabi prosesləri aradan qaldırır.

Ürək-damar sağlamlığına kömək edir: Arterial təzyiqi normada saxla­maq, şəkər və xolesterinin artmasının qarşısını almaq üçün gündə 2 stəkan qara və ya yaşıl çay içmək kifayətdir.

Müntəzəm olaraq, yaşıl çay içmək isə infarkt və insult riskini azaldır.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat