Özbəkistanda fövqəladə su rejimi

post-img

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev su ehtiyatlarından səmərəli istifadə tədbirləri ilə bağlı keçirilən müşavirədə deyib ki, ölkə suya qənaət etmək üçün fövqəladə iş rejiminə keçir.

Prezidentin sözlərinə görə, Özbəkistanda daxili mənbələr suya olan tələbatın cəmi 20 faizini təmin edir. İqlim dəyişikliyi və trans­sərhəd çayların idarə edilməsində çətinliklər səbəbindən 2030-cu ilədək respublikada illik su çatışmazlığının 15 milyard kubmetrə çata­cağı proqnozlaşdırılır.

Su istehlakının 90 faizi kənd təsərrüfatı­nın payına düşür ki, onların da xeyli hissəsi səmərəsiz istifadə olunur. Gillə örtülmüş su­varma sistemlərində illik su itkisi 14 milyard kubmetr və ya ümumi istehlakın 36 faizini təşkil edir. Habelə 175 min hektar əkin sahəsi kifayət qədər suvarılmır ki, bu da iqtisadiyya­ta 5 milyard dollar zərər vurur.

2024-cü ildə görüləcək işlər arasında ka­nalların və arxların betonlanması, suya qə­naət edən texnologiyaların tətbiqi və suyun çatdırılması xərclərini azaltması prioritet təş­kil edəcək.

XQ

Son xəbərlər