Naxçıvan Dövlət Filarmoniyası Trabzon səhnəsində

post-img

Naxçıvan Dövlət Filarmoniyası Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə Trabzonda konsert proqramı ilə çıxış edib.

Muxtar respublikanın Mədə­niyyət Nazirliyinin mətbuat xidmə­tindən bildirilib ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert başlamazdan əvvəl çıxış edən ölkəmizin Qars şəhərindəki Baş konsulu Nuru Quliyev Ulu öndərin xalqımız və dövlətçiliyimiz qarşı­sındakı müstəsna xidmətlərindən, Vətən müharibəsində qazandığı­mız möhtəşəm Zəfərdən, Türkiyə–Azərbaycan qardaşlığı və birliyin­dən danışıb.

Naxçıvan Dövlət Filarmoniyası­nın Kamera Orkestrinin müşayiəti ilə təqdim edilən musiqi çələngində Müslüm Maqomayevin “Azərbay­can”, Aytən Alpmanın “Məmləkə­tim” mahnıları, Fikrət Əmirovun “Min bir gecə” baletindən fraqment­lər, Tofiq Quliyevin “Sənə də qal­maz”, Üzeyir Hacıbəylinin “Çırpınır­dı Qara dəniz”, Eldar Mansurovun “Sabaha ilhamla”, digər musiqi və rəqs nömrələri yer alıb. Əsər­ləri Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfov, Gülyanaq Fərzəliyeva və solist İlkin Abdullayev ifa ediblər.

Konsert proqramı Cavanşir Qu­liyevin “Azərbaycan–Türkiyə” əsə­rinin səsləndirilməsi ilə sona çatıb.

XQ

Mədəniyyət