Yeni planetlər ailəsi

post-img

Yerdən, təxminən, 100 işıq ili uzaqlıqda yerləşən 6 planetdən ibarət yeni ulduz sis­temi aşkar edilib. Bunun üçün astronomlar iki fərqli peykdən istifadə ediblər. Bu kəşf elm adamlarına planetlərin əmələ gəlməsi­nin sirlərini açmağa kömək edə bilər.

Alimlərin dediyinə görə, 6 ekzoplanet günəşə bənzər bir parlaq ulduzun ətrafında fır­lanır. Onlar yerdən daha böyük, lakin Neptun­dan daha kiçik olan planetlərdir. 

Bu planet “ailə”sinin qeyri-adiliyi odur ki, sis­tem 1 milyard il əvvəl formalaşandan bəri onda çox az şey dəyişib. Bu sahədə araşdırmalar planetlərin təkamülünə və bizim qalaktikamızın yaranma prosesinə aydınlıq gətirə bilər.

Ayan SƏMƏDQIZI,
tələbə-jurnalist

Dünya