Millimiz 6 pillə irəliləyib

post-img

FIFA reytinqində ötən ayla müqayisədə 6 pillə irəliləyən Azərbaycan millisi 114-cü mövqedə yer alıb. 

Komandamızın aktivində 1174.22 xal var. Li­derliyini qoruyan Argentina millisinin 1855,20 xalı var. Fransa (1845,44) ikinci, İngiltərə (1800.05) isə üçüncü pillədə qərarlaşıblar. 

Leyla SABİRQIZI
XQ

İdman