Sumqayıtda basketbol oyunlarına start verilib

post-img

Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 4 -cü turunun açılış oyunu və günün ikinci oyunu baş tutub. 

XQ Azərbaycan Basketbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, açılış oyununda Xaçmaz təmsilçisi "NTD-INDIGO" "Xəzri" klubu ilə qarşılaşıb. Oyunda üstünlüyünü qoruyub saxlayan "NTD-INDIGO" yekunda rəqibi üzərində 86-71 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular: "NTD-INDIGO" (Brendon Votkins - 22 xal, 11 ribaund), "Xəzri" (Ceremi Maklaflin - 17 xal, 4 ribaund).

Günün ikinci oyununu izləyənlər arasında Gənclər və İdman naziri Fərid Qayıbov və onun müvani Mariana Vasileva, həmçinin "Neftçi" futbol klubunun icraçı direktoru Fərrux Mahmudov, "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev də olub. Qarşılaşmaya üstün başlayan "Neftçi" ev sahibi üzərində 90-73 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular: "Sumqayıt" (Smit Roderik - 22 xal, 9 ribaund ), "Neftçi" (Kamran Məmmədov - 21 xal, 4 asist).

Qeyd edək ki, 4 -cü turun növbəti oyunları ("Gəncə" - "Xırdalan", "Şəki" - "Cəlilabad", "Sabah" - "Sərhədçi") 18 və 19 noyabr tarixlərində baş tutacaq.

Elçin ABBASOV

XQ



İdman