"Qarabağ" Almaniya komandasına minimal hesabla məğlub oldu

post-img

Avropa Liqasında mübarizə aparan Azərbaycan çempionu “Qarabağ” bu gün turnirin qrup mərhələsində növbəti matçını keçirib.

Ağdam təmsilçisi Almaniyanın “Bayer” klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun alman komandasının xeyrinə başa çatıb. "Bayer" əlavə vaxtda qazandığı penaltini dəqiq yerinə yetirib-1:0. Bu oyunda qalib gəlməklə Almaniya təmsilçisi növbəti mərhələyə vəsiqəni təmin edib.

XQ

İdman