Gimnastlarımız gümüş medal qazanıblar

post-img

Azərbaycan millisi akrobatika gimnastikası üzrə Bolqarıstanın Varna şəhərində keçirilən Avropa çempionatında medal qazanıb. 

Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər) qitə çempionatında uğurla çıxış edərək gümüş medala sahib olub. 

Yarış oktyabrın 22-dək davam edəcək. 

Leyla QURBANOVA
XQ

 

İdman