Hava yağmurlu və küləkli olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən,  oktyabrın 19-da Bakıda və  Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 

Gündüz yağışda fasilə olacaq. Cənub-şərq küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi  ilə əvəz olunacaq. Gecə 12-16°, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75  faiz  olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,  şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti,  gündüz 4-8° isti olacaq.

Q. QASIMOV
XQ

 

Ekologiya