Kosmik məkanda yanacaqdoldurma

post-img

Cef Bezosun “Blue Origin” kosmik şirkəti kosmik logistikanın və çatdırmanın təmin edilməsinə istiqamətlənən “Blue Ring” çoxfunksional platformanı təqdim edib.

Beşillik istismar müddəti üçün nəzərdə tutulan platforma orbitdə kosmik aparatları yanacaqla doldura biləcək. “Blue Origin” milyonlarla insanın kosmosda yaşayacağı və işləyəcəyi gələcəyi qurmağa çalışaraq, dəfələrlə istifadə edilə bilən raketlərin, orbit stansiyalarının və Ay eniş aparatlarının yaradılması üzərində işləyir.

Məlumat verilir ki, layihə orbital ­vasitələr, yedəklər və ESPA hərəkətverici qurğuların bütün mövcud olan konsepsiyalarını üstələyəcək. “Blue Ring” 3 tondan çox faydalı yük daşıya biləcək. Platforma, təxminən, 43 metr məsafədə açılan günəş panelləri ilə təchiz olunacaq. “Blue Ring” ilk dəfə 2025-ci ildə işə salınacaq.

N.AYTƏN 
XQ

 

Dünya