“WhatsApp”da asan mesaj

post-img

“WhatsApp” tərtibatçıları messengerdə səsli və video mesaj göndərmə üsulunu tamamilə yenidən dizayn ediblər.

Belə ki, “WhatsApp”ın “iPhone” üçün 23.21.1.71 nömrəli “beta” versiyasının çat dizaynında dəyişikliklər edilib. Qeyd edək ki, bu yenilik sayəsində istifadəçilərin səsli və video mesajlar arasında seçim etmələri asanlaşacaq.

Tərtibatçılar bunun mikrofon işarəsinə toxunan və daha sonra bilmədən səsli mesaj əvəzinə video mesaj göndərən diqqətsiz istifadəçilərə kömək etmək üçün nəzərdə tutulduğunu bildirirlər.

Rejimlər arasında keçid üçün yeni menyu hazırda “WhatsApp”ın cari beta versiyasını quraşdırmış bəzi istifadəçilər üçün əlçatan olacaq. Yeniliyin digər istifadəçilərə nə vaxt görünəcəyi isə məlum deyil.

S. FİDAN 
XQ

 

Dünya