Cüdoçularımız Olimpiya reytinqində öndədir

post-img

Olimpiya reytinqində Azərbaycanın iki cüdoçusu ilk 3-lükdə qərarlaşıb. 

Aktivində 3398 xal olan Hidayət Heydərov 73 kiloqram çəki dərəcəsində ikinci yerdədir. Zelim Kotsoyev (100 kq) 3560 xalla üçüncü pillədədir. Balabəy Ağayev (60 kq) 2688 xalla 5-ci, həmin çəkidə Turan Bayramov 1735 xalla 17-ci sıradadır. Yaşar Nəcəfov isə 66 kiloqram çəki dərəcəsi üzrə 2588 xalla 5-ci sıradadır. 

Daha bir çəki– 81 kiloqram dərəcəsi üzrə təmsilçilərimizdən Səid Mollayi fərqlənib. O, 3083 xalla 4-cüdür. Eyni çəkidə Zelim Tçkayev (2079) 13-cü mövqeyi tutur. Komandamızın digər üzlərindən Uşanqi Kokauri (+100 kq) 2089 xalla 10-cu, Murad Fətiyev (90 kq) 1864 xalla 15-ci yerdədir. 

Qadınlara gəlincə, ən yaxşı nəticə 48 kiloqram çəki dərəcəsində Leyla Əliyevaya (1568) məxsusdur. Tatami ustası 22-cidir. Gültac Məmmədəliyeva (52 kq) isə 1640 xalla 15-ci pillədə qərarlaşıb. 

Leyla QURBANOVA
XQ

İdman