“Azərreyl”in növbəti qələbəsi

post-img

“Azərreyl” klubu Çelenc Kubokunda növbəti qələbəsini qazanıb. 

Qadın voleybolçulardan ibrət komandamız 1/32 final mərhələsinin cavab matçında da Ukraynanın “Balta” kollektivi ilə qarşılaşmada inamlı təsir bağışlayıb. Bakıda Voleybol Mərkəzində keçirilən matç təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Bununla da, Azərbaycan təmsilçisi 1/16 finala yüksəlib. 

Qeyd edək ki, “Azərreyl” klubu ilk qarşılaşmada da rəqibini eyni hesabla üstələyib. Növbəti mərhələdə komandamız İspaniyanın “Avarka de Menorka” klubu ilə mübarizə aparacaq. 

Leyla QURBANOVA
XQ

İdman